Yavaş yeməyin 5 faydası


Digərləri 22 Mar 2018 21:35:00 274 0

Yavaş yeməyin 5 faydası

1. İştahanın azalması. Əgər yavaş-yavaş yemək yesəniz iştahanız azalacaq. Qida mədəyə düşdükdən 15-20 dəqiqə sonra beyinə doyma siqnalı çatır. Ona görə də ləng yemək lazımdır ki, vaxt getsin və beyinə siqnal çatsın. Beyin bədənin tox olduğunu hiss etsin deyə qidanı çoxlu çeynəmək lazımdır.

Son.az immunitet.az-a istinadən bildirir ki, tez-tez çeynəyib udulan qida mədəni doldurur, amma adamı doydurmur. Beləliklə də adam çox yeyir və mədəsi böyüyür. Mədə böyüdükcə qidaya olan təlabat artır, daha çox yemək lazım gəlir və bununla da adam kökəlir. 2. Çəkiyə nəzarət. Araşdırmalar qida qəbuluna sərf olunan zamanla bədənin çəkisinin artması arasında əlaqə olduğunu sübut edib. 3. Həzm sisteminin yaxşılaşdırılması. Hamıya məlumdur ki, həzm qidanın ağızda çeynənməsindən başlanır. Çeynənən zaman qidanın üzərinə ağız suyu tökülür ki, bu da qidanın həzm olunması üçün vacib elementlərdən biridir. Qida ağızda nə qədər çox çeynənərsə həzm bir o qədər yaxşı olar. 4. Yediyiniz hər qidadan ləzzət almağa çalışın. Siz qidanı yavaş-yavaş çeynədikcə qidanın dadını daha yaxşı hiss edirsiniz. Yalnız yavaş çeynənən zaman qidanın dadı, ləzzəti və ətri hiss edilir və yediyiniz sizə ləzzət edir. 5. Kəmiyyət keyfiyyətin əleyhinədir. Yediyi qidanın fərqinə varmayan adamlar əllərinə nə keçdi yeyirlər. Onlar üçün qidanın keyfiyyəti maraqlı deyil. Belə insanlar qiyməti ucuz, çəkisi çox olan qidaları yeyirlər və kökəlirlər. Əslində isə az və keyfiyyətli qida qəbulu sağlamlıq üçün daha çox faydalıdır. Nuş olsun!