Yevlaxda qəza baş verib, 1 nəfər yaralanıb


Digərləri 22 Mar 2018 21:17:00 229 0

Yevlaxda qəza baş verib, 1 nəfər yaralanıb

Yaralı sərnişin xəstəxanaya yerləşdirilib

Yevlax rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Ərəş kənd ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər, 1939-cu il təvəllüdlü Minayə Tahirova Camal qızı xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri isə xəsarət almadıqları üçün xəstəxanaya müraciət etməyiblər. Lakin hər 2 avtomobilə ciddi ziyan dəyib.

.

Faktla bağlı araşdırma aparılır.