Can verən zaman kəlmeyişəhadəti söyləyən insan cənnətə düşür?


Digərləri 22 Mar 2018 21:05:00 273 0

Can verən zaman kəlmeyişəhadəti söyləyən insan cənnətə düşür?

Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür, deməyən isə cəhənnəmə gedir?

İnsanın can verən zaman ölüm anındakı vəziyyəti onun öz həyatını necə yaşaması ilə bağlıdır. Belə ki, ömrünü imanla başa vurmuş, saleh əməllər etmiş, böyük günahlara bulaşmamış şəxslər can verən zaman adətən əziyyət çəkmirlər.

Son.az islam.az-a istinadən bildirir ki, ölüm mələyi onların gözünə gözəl qiyafədə görünür və onların canını rahatlıqla alır. İnsan öz ölümünün əziyyətsiz olduğunu görəndə narahatlıq keçirmir, aramlıq içində olur. Əksinə, günahkar həyat sürmüş şəxslər isə ölüm mələyini qorxulu sifətdə görür, bundan dəhşətə gəlirlər. Ölüm mələyi onların canını əziyyətlə alır.