Facebooku silmək vaxtıdır?


Digərləri 22 Mar 2018 20:40:00 236 0

Facebooku silmək vaxtıdır?

"Facebook"un 4 il öncə 19 milyard dollara aldığı messajlaşma şirkətinin təsisçilərindən olan Brayn Akton "Facebook"dan istifadə etməyin dayandırılmasının vaxtı çatdığına inanır.

Son.az moneta.az-a istinadən bildirir ki, Brayn bu barədə "Twitter"də çox uzatmadan qısa bir tweet edib: "It is time. #deletefacebook" (Vaxtdır. #facebookusilin).

Qeyd edək ki, Donald Trampın prezidentlik kampaniyasına dəstək verən və prezidentlə əlaqələri olan məlumat-analitika şirkəti "Cambridge Analytica" "Facebook"la əməkdaşlıq edərək 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarından icazəsiz istifadə edilməsi nəticəsində dünya mediasında qalmaqal yaranmışdır. Maraqlı tərəfi budur ki, Facebook-un təsisçisi Mark Zukerberq yaranmış məsələ ilə bağlı münasibət bildirmək istəmir və ortada görsənmir. Nəticədə, "Facebook"un səhm dəyəri 10% aşağı düşmüş və "deletefacebook" həştəqi istifadəçilər arasında gündəmə çevrilmişdir.