Barışla Güpse evlənir?


Digərləri 22 Mar 2018 20:41:00 292 0

Barışla Güpse evlənir?

Barış Arduç siması olduğu idman markasının təqdimat mərasimində media nümayəndələrinin suallarını cavablandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor 3 ildir birlikdə olduğu Güpse Özayla evlənməyə hazırlaşmaları ilə bağlı məlumatların yalan olduğunu deyib:

"Zamanı gələndə xəbəriniz olacaq. Bu haqda çox danışmağı xoşlamıram. Olanda, bunu paylaşacam. Xoşbəxtlik paylaşılanda çoxalır".