Çiy qidaların qəbulu bağırsaq qurdlarının yaranmasına səbəb olur


Digərləri 22 Mar 2018 20:50:00 324 0

Çiy qidaların qəbulu bağırsaq qurdlarının yaranmasına səbəb olur

Bişməmiş balıq, hisə verilmiş dəniz və quş əti məhsulları suşi adlanır. Hazırda həmin qidalara böyük maraq var. Restorana üz tutanların demək olar ki, yarıdan çoxu həmin yeməkləri sifariş verirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkimlər isə suşi ilə qidalanmağın təhlükəli olduğunu söyləyirlər.

Termiki cəhətdən işlənməmiş ət və balıq məhsullarının istifadəsi bağırsaq qurdları və protozonların yoluxması üçün böyük risk qrupu yaradır. Yuyulmamış meyvə-tərəvəzlərin qəbulu da həmin xəstəliyə səbəb ola bilər. Xüsusilə yaz mövsümündə göyərti məhsulları adi su ilə yuyulandan sonra üzərinə mütləq sirkə və ya limon suyu tökülməlidir, çünki turş mühitdə parazitlər məhv olur.