Qaraciyər üçün təhlükəli qidalar


Digərləri 22 Mar 2018 20:29:00 214 0

Qaraciyər üçün təhlükəli qidalar

Evlərdə ən çox istifadə edilən məhsullardan biri də günəbaxan yağıdır. Lakin aparılan araşdırma nəticəsində günəbaxan və balıq yağının qaraciyər üçün təhlükəli olduğu qənaətinə gəlinib.

Son.az oxu.az-a istinadən bildirir ki, İspaniyalı alimlərin apardığı bir araşdırmaya görə, mütəmadi olaraq istifadə edilən günəbaxan və balıq yağı qaraciyəri yağlandırır.

Araşdırmaya görə, spirtli içkidən sonra bu yağlar qaraciyərə vurduğu zərərlə ikinci yerdədir. Hətta ona səssiz qatil də deyirlər. Günəbaxan yağından istifadə qaraciyəri qalınlaşdırır, hətta yaraya çevrilən serroza səbəb olur. Serroz isə qaraciyər xərçəngini yaradan səbəblərdəndir.