Bu kənddə Novruz bayramı fərqli qeyd edilir VİDEO


Digərləri 22 Mar 2018 20:17:00 253 0

Bu kənddə Novruz bayramı fərqli qeyd edilir  VİDEO

Novruz bayramı hər bir rayonda böyük coşqu ilə qarşılanır. Beyləqan rayonunun Günəşli kəndində isə bu bayram bir qədər fərqli formada qeyd edilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, gənclər böyük mağar qurur, hətta məclisin xüsusi "şah"ı da olur.

Hər kəs məclisə əlində xonçalarla daxil olur. Hətta "şah", köməkçilərinin iştirakı ilə böyük bir təntənə ilə gətirilir. Günəşli kəndində hər il ənənəvi olaraq keçirilən məclisdə kəndin bütün sakinləri iştirak edir. Bayrama bir neçə gün əvvəl hazırlaşan cavanlar kəndin stadionunda xüsusi mağar qururlar. Kəndin qız-gəlinləri bayram mərasiminə əllərində xonça və səmənilərlə gəlirlər. Mərasim başlayanda "şah" musiqi sədaları altında, "vəzir-vəkil"in, "fərraş"ların əhatəsində məclisə daxil olur. Stadionda Novruz tonqalı qalanır, kənd sakinləri dövrə vurub, yallı gedirlər. Sonra "şah" "vəzir-vəkil"in, "fərraş"ların müşayiətilə mağara gələrək, "taxt"ında oturub və "səlahiyyət"lərinin icrasına başlayır. "Padşah oyunu"nda "şah"ı "fərraş"lar qoruyur. Fərraşların seçilməsi üçün qollarında qırmızı sarğı, başçıları isə çiynindən aşırdılaraq sinəsinin ortasına qırmızı şal bağlayır. Mərasimdə "şah" danışmır, "vəzir" isə müəyyən "əmr"lər verir, başındakı adamlar onun "əmr"lərini icra edirlər. Əmrlərə tabe olmayan, qaydaları pozanlar "fərraş"lar tərəfindən tutularaq "padşah"ın hüzuruna aparılır və "cəzalandırılır". Məclisdə adamlar əsasən "pulla cərimələnir". Pullar "xəzinə"də yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunur. Bəzən isə cəza verilən adamı kəndirə bağlayaraq "dar ağacı"ndan asırlar. Çal-çağırlı bayram mərasimi gecə saatlarınadək davam edib.


Xəbərə aid video