Novruz bayramının personajları niyə gözə dəymir? VİDEO


Digərləri 22 Mar 2018 20:19:00 295 0

Novruz bayramının personajları niyə gözə dəymir?  VİDEO

Paytaxt sakinləri şəhərdə Novruz bayramının personajları Kosa, Keçəl və Bahar qızın olmamasından gileylənirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onların sözlərinə görə, bayram günlərində paytaxtın ən gur küçə və parklarında belə onlar gözə dəymir. Ancaq müəyyən festivallar çərçivəsində Kosa və Keçəl ilə rastlaşmaq mümkündür. Halbuki, Yeni ildə Şaxta baba və Qar qız kimi personajlar həm parklarda gözə görünür, həm də dükanların şüşələri onların şəkilləri ilə bəzədilir...

Paytaxt sakinləri hesab edirlər ki, gələcək nəslə milli bayramımızın personajları tanıdılmalı və sevdirilməlidir. Folklorşünas Əpoş Vəliyev deyir ki, Novruz personajlarına soyuq münasibətin səbəbi onların düzgün təbliğ olunmamasıdır. Folklorşünas deyir ki, Novruz bayramının adət-ənənələri və personajların unudulmaması üçün təbliğat aparılmalıdır. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə bildirib ki, Novruz bayramı ilə əlaqədar parklarda Kosa və Keçəl xidmətinin göstərilməsi ilə bağlı onlara heç bir müraciət daxil olmayıb və gələcəkdə də Novruz bayramı obrazlarının fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.


Xəbərə aid video