Zənginlər nə qədər zəngindir?


Digərləri 22 Mar 2018 19:03:00 205 0

Zənginlər nə qədər zəngindir?

"Yoxsullar zənginlərin nə qədər zəngin olduqlarını bilsəydilər, qiyamət qopardı" ifadəsi nə qədər həqiqətə uyğundur?

Amerikalı komediya aktyoru Chris Rock 2014-cü ildə New York jurnalına verdiyi müsahibəsində zənginlə yoxsul arasında böyüyən uçurumdan danışarkən bu ifadədən istifadə etmişdir.

Bəs qeyri-bərabərliyi araşdırarkən zənginliyi ölçməyin ən yaxşı yolu nədir?

Bu mövzudakı araşdırmaların çoxu gəliri əsas götürür. Bu məsələdə məlumat məhdudiyyəti də yoxdur. Lakin zənginlik sadəcə bir illik pul gəlirləri ilə bağlı deyil. Keçmişdən gələn pul yığımı da bura daxildir. Əvvəllər bu pul yığımını kəmiyyət olaraq ölçmək çox çətin idi.

Zənginlər bəlkə də üsyana yol açmamaq üçün sərvətləri haqqında məlumat verilməsini istəməzlər. Lakin bu mövzunu araşdıranlar zəngin ilə yoxsul arasındakı uçurumu düzgün ölçə bilmək üçün davamlı olaraq daha düzgün məlumat axtarışındadırlar.

Küçədə zorakılıq aktlarını təşviq etmək kimi bir niyyətim yoxdur, amma insanların cəmiyyətdəki qeyri-bərabərlik səviyyəsinin fərqinə varmasının vacibliyini düşünürəm.

Bunu başa düşməyin ən yaxşı yolu sərvət qeyri-bərabərliyini nəzərdən keçirməkdir.

Chris Rock:"Yoxsullar zənginlərin nə qədər zəngin olduqlarını bilsəydilər, qiyamət qopardı"

Sərvətin ölçüsü

Qeyri-bərabərliyi ölçməyin bir çox yolu var. Bunlardan ən geniş yayılanı gəlirdir. Bu sahədə məlumat bol olduğu üçün ölçü aparmaq daha asandır. Lakin bu məlumatlar sadəcə bir anın şəklini çıxarmağa yarayır.

Sərvət isə bir pul yığımını ifadə edir. Sadəcə mövcud gəliri deyil, keçmiş illər və keçmiş nəsillərdən qalmış bir yığımdan təsirlənir. Zənginlərlə digər təbəqələr arasındakı qeyri-bərabərliyi başa düşmək üçün bu sərvət qeyri-bərabərliyini nəzərdən keçirmək lazımdır.

Bir insanın sərvəti eyni zamanda yaşayış səviyyəsini və fürsətlərini də təyin edir. Təhsilə nə qədər pul xərcləyəcəyi, rifah səviyyəsi, təqaüd zamanı yaşayış səviyyəsi də buna bağlıdır. Hər hansı bir xəstəlik və ya təmir kimi bir xərc çıxdığında baş verəcək stress miqdarına təsir göstərir.

ABŞ-da sərvət qeyri-bərabərliyi digər inkişaf etmiş ölkələrlə müqayisədə daha böyükdür

Böyüyən uçurum

ABŞ-da sərvət qeyri-bərabərliyi məlumatlarına baxdığımızda böyük bir uçurum görürük. 2013-cü ilin rəqəmlərinə əsasən, ABŞ-dakı ən zənginlərin yüzdə 5 faizini təşkil edən ailələr ümumilikdə sərvətin yüzdə 62,5 faizinə nəzarət edir.

30 il əvvəl bu rəqəm yüzdə 54,1 faiz idi. Qalan yüzdə 95 faizin sərvət payı isə yüzdə 45,9-dan 37,5 faizə düşüb.

2013-cü ildə yüksək gəlirli ailələrin orta sərvəti (illik 640 min dollar) orta gəlirli ailə sahiblərinin (illik 97 min dollar) yeddi qatı idi və bu, son 30 ilin ən böyük natarazlığını yaradırdı.