Gecə klubuna getdiyi üçün cərimələndi


İdman 22 Mar 2018 18:15:00 268 0

Gecə klubuna getdiyi üçün cərimələndi

"Stoke City" klubu 29 yaşlı müdafiəçi Erik Pitersi cəzalandırıb. Goal.az xəbər verir ki, holland futbolçu 70 min funt cərimə ödəməli olacaq. Buna səbəb Pitersin Premyer Liqanın 31-ci turunda "Everton"a qarşı oyun ərəfəsində gecə klubuna getməsidir. Həmin oyun Cenk Tosunun dublu sayəsində Liverpul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Hazırda "Stoke" yüksək dəstədə qalmaq uğrunda mübarizə aparır.