U-17 yığmamızın elit raundda siftəsi darmadağınla nəticələndi


İdman 22 Mar 2018 17:50:00 370 0

U-17 yığmamızın elit raundda siftəsi darmadağınla nəticələndi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bun gün ilk oyununu keçirib. Goal.az xəbər verir ki, yığmamız Almaniyanın Neubrandenburq şəhərində bu ölkənin müvafiq yaş qrupuna aid millisi ilə qarşılaşlb. Bakı vaxtı ilə saat 15:00-da başlayan oyun almanların böyükhesablı qələbəsiylə nəticələnib.  Qrupumuzda digər rəqiblər İrlandiya və İslıandiyadı. 

U-17 qızlar, Avropa çempionatı
Elit-raund

22 mart

Almaniya - Azərbaycan - 5:0

Baş hakim: Anastasia Romanyuk (Ukrayna)

Köməkçi hakimlər: Oleksandra Vdovina (Ukrayna), Karolin Kaivoja (Estoniya)

Dördüncü hakim: Reelika Turi (Estoniya)

Almaniya, Neubrandenburq.