Kosovoda AFFA rəsmiləri üçün ziyafət


İdman 22 Mar 2018 17:32:00 304 0

Kosovoda AFFA rəsmiləri üçün ziyafət

Kosovo Futbol Federasiyası (FFK) AFFA rəsmiləri üçün ziyafət təşkil edib. Goal.az xəbər verir ki, mərasimdə FFK-nın vitse-prezidenti Agim Ademi, baş katib Eroll Salihu, İcraiyyə Komitəsinin üzvü Helal Broya, Azərbaycan tərəfindən isə milli assosiasiyanın texniki direktoru Bernhard Lippert və menecer Murad Tahirov iştirak ediblər.

Görüş zamanı E.Salihu qonaqlara Kosovo futbolu barədə məlumat verib. Həmçinin tərəflər bir-birlərinə hədiyyələr təqdim ediblər. Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo və Azərbaycan yığmaları qarşılaşacaqlar. Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.