Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək


Digərləri 22 Mar 2018 16:34:00 331 0

Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək

Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək.

Trend-in məlumatına görə, adıçəkilən mütəxəssislər məktəblərin qiymətləndirilməsi ilə bağlı Aİ-nin qabaqcıl təcrübəsini paylaşacaq və Azərbaycanda məktəblərin qiymətləndirilməsinə dair metodologiya və qaydaların hazırlanmasına yardım göstərəcəklər.