Azərbaycan çempionunu bıçaqladılar


Kriminal 22 Mar 2018 16:20:00 264 0

Azərbaycan çempionunu bıçaqladılar

Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.