Maradona: "Messi heç nə sübut etməməlidir"


İdman 22 Mar 2018 16:14:00 271 0

Maradona: "Messi heç nə sübut etməməlidir"

Argentinanın futbol əfsanəsi Diyeqo Maradona "Barcelona"nın hücumçusu Lionel Messiyə bəzi tövsiyələrini verib. Goal.az xəbər verir ki, 1986-cı ilin dünya çempionu bunları deyib:

"Messiyə məsləhət görərdim ki, oynayıb futboldan həzz alsın. O, tənqidləri və dünya çempionu, Çempionlar Liqası, İspaniya kubokunun qalibi olub-olmayacağı barədə fikirləri bir kənara qoymalıdır. Messi heç nə sübut etməməlidir. O, sadəcə meydandakı futboldan həzz almalıdır".