Ufuk Budak daha bir oyun buraxacaq


İdman 22 Mar 2018 15:54:00 338 0

Ufuk Budak daha bir oyun buraxacaq

Zədə səbəbindən Azərbaycan yığmasının toplanışına qatıla bilməyən “Samsunspor”un müdafiəçisi Ufuk Budakın nə vaxt sıraya dönəcəyi müəyyənləşib. Goal.az xəbər verir ki, bu barədə klubun həkimi Mehmet Özdən xəbər verib. O, digər futbolçularla müqayisədə Ufukun sağalması bir qədər gecikəcəyini deyib. 28 yaşlı müdafiəçi “Adanaspor”la matçı da buraxmalı olacaq. Lakin Ufuk növbəti oyunda, konkret olaraq “İstanbulspor”la qarşılaşmada meydana çıxa biləcək.

Ufuk Budak martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisinə dəvət almışdı.