"Manchester United" qadın futbol komandasını bərpa edir


İdman 22 Mar 2018 14:35:00 256 0

"Manchester United" qadın futbol komandasını bərpa edir

"Manchester United" qadınlardan ibarət futbol komandası yenidən fəaliyyətə başlayıb. Goal.az xəbər verir ki, komandanın peşəkar liqada çıxış etməsi üçün  müraciət hazırlanıb. "Manikunianlar" 2005-ci ildə qadın futbol komandasını buraxdıqdan sonra ciddi tənqidlərə məruz qalmışdı. Belə ki, "Manchester City", "Chelsea", "Arsenal" və "Liverpool"un qadın komandaları liqada uğurla çıxış edir. "United"in müraciəti qəbul olunsa, komanda Solforddakı məşq bazasına köçüb 2018/19 mövsümündən mübarizəyə başlayacaq.