Millimiz elit-raundda ilk oyununa çıxır


İdman 22 Mar 2018 13:36:00 243 0

Millimiz elit-raundda ilk oyununa çıxır

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində bun gün ilk oyununu keçirəcək. Goal.az xəbər verir ki, yığmamız Almaniyanın Neubrandenburg şəhərində Almaniyanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:

Baş hakim: Anastasia Romanyuk (Ukrayna)

Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Karolin Kaivoja (Estoniya)

Dördüncü hakim: Reelika Turi (Estoniya)