Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək


Digərləri 22 Mar 2018 14:23:00 208 0

Aİ missiyası Azərbaycanın ümumi təhsil sistemində qiymətləndirmə sisteminin yaradılmasına kömək edəcək

Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək.

Bakı. Ümumi təhsil sistemini qiymətləndirmək məqsədilə daxili və xarici keyfiyyət təminatı sisteminin yaradılmasında Azərbaycana kömək etmək üçün martın 27-29 tarixlərində Almaniya və Hollandiyadan olan mütəxəssislər bu ölkəyə səfər edəcək. Trend-in məlumatına görə, adı çəkilən mütəxəssislər məktəblərin qiymətləndirilməsi ilə bağlı Aİ-nin qabaqcıl təcrübəsini paylaşacaq və Azərbaycanda məktəblərin qiymətləndirilməsinə dair metodologiya və qaydaların hazırlanmasına yardım göstərəcəklər.