Oğru dəstə tutuldu FOTO


Digərləri 22 Mar 2018 14:12:00 243 0

Oğru dəstə tutuldu  FOTO

Göygöl rayonunda oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Göygöl rayonun Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev fevralın 28-dən martın 1-nə keçən gecə Məmmədov Qismət Əhəd oğlunun yaşadığı Göygöl rayonunun Köşkü kəndində yerləşən evinin qarşısında saxladığı VAZ-2121 minik markalı 25 - BG - 202 dövlət qeydiyyat nişanlı avtomobil qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirib.

Bundan başqa onlar bir qrup şəxs halında martın 2-dən 3-nə keçən gecə Əliyev Elxan Rauf oğluna məxsus şəxsi təsərrüfatında saxladığı 55 baş xırda buynuzlu heyvanı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fermasındakı tövlədən gizli yolla oğurlayıblar.

Dəstə üzvləri təkrarən martın 11-də gecə saat 02 radələrində Hüseynov Cabbar Aydın oğlunun Göygöl rayonunun Hacıməlik kəndində yaşadığı evin həyətindəki tövləyə qanunsuz daxil olaraq tövlədən iki baş 600 manat dəyərində buzovu oğurlayıblar. Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq cinayətləri açılıb və dəstə üzvləri saxlanılıb.


Xəbərə aid fotolar