Terrorçular Afrində “Quran”a bomba yerləşdiriblər


Dünya 22 Mar 2018 13:55:33 214 0

Terrorçular Afrində “Quran”a bomba yerləşdiriblər

YPG/PKK terrorçuları Afrindəki evlərdən birində müqəddəs "Qurani-Kərim"ə partlayıcı maddə quraşdırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri ilə müxalif Azad Suriya Ordusunun birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhər minalardan təmizləməkdə davam edir.

Türk hərbçiləri evlərdən birinə baxış keçirərkən müqəddəs "Qurani-Kərim"ə bərkidilmiş partlayıcı maddə aşkarlayıblar.