Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda


Digərləri 22 Mar 2018 13:58:00 235 0

Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-fevral ayları ərzində Türkiyədə 128 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur.

Son.az report-a istinadən xəbər verir ki, bu, Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb. 

Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral ayında həyata keçirilib. Beləliklə, fevral ayında ev alışında aylıq müqayisədə cüzi azalma müşahidə olunsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ev və ya 14,6% artım qeydə alınıb.