Beynəlxalq Əmək Təşkilatının rəhbəri Azərbaycana səfərə gələcək


Siyasət 22 Mar 2018 13:00:00 282 0

Beynəlxalq Əmək Təşkilatının rəhbəri Azərbaycana səfərə gələcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder cari ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.

Son.az xəbər verir ki, bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclasında iştirak edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Q.Rayder BƏT-lə fəal əməkdaşlıq şəraitində Təşkilatın Konvensiyalarının, əmək və məşğulluq sahəsində mütərəqqi prinsiplərin icrası sahəsində Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.

O, ölkəmizdə əmək bazarının inkişafı yönündə aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təşkmilləşdirilməsi və s. sahələrdə görülən işlərin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə Azərbaycanda əmək bazarının tənzimlənməsi və əmək resurslarının məşğulluğunun təminatı, layiqli əmək konsepsiyasının icrası istiqamətində görülən işlərə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, BƏT-lə Azərbaycan arasında əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.