Azər Paşa Nemətov: "Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq"


Digərləri 22 Mar 2018 13:00:03 230 0

Azər Paşa Nemətov: "Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq"

"Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq".

Bakı. Vüqar İmanov - "Prezident seçkilərində bir nəfər kimi İlham Əliyevə səs verəcək, daim onun yanında olacağıq". Bunu Trend-ə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər direktoru, xalq artisti Azər Paşa Nemətov deyib. A.P.Nemətov bildirib ki, dünyada sülh və əmin-amanlıq ölkəsi kimi tanınan, dəyərli mədəni irsə sahib olan Azərbaycanda bütün sahələrin, o cümlədən, mədəniyyətin inkişafı hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub: "Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev teatrın inkişafı, teatr xadimlərinin rifah halının yaxşılaşdırılması, Azərbaycan teatrlarının yaradıcılıq imkanlarının genişləndirilməsi və teatr binalarının maddi-texniki baza ilə təchiz olunması ilə bağlı çox mühüm tapşırıq və göstərişlər verib. İmzalanan sərəncamlar, qəbul olunan dövlət proqramları və qanunlar teatrın dövlətin mədəniyyət siyasətində nə qədər ciddi önəmə malik olduğunu sübut edir. Möhtərəm prezidentimizin teatra böyük qayğısı öz mənbəyini Ümummilli liderimiz Heydər Əliyevin tariximizə qızıl hərflərlə yazılan mədəniyyət siyasətindən götürür. Ulu öndərimiz bütün ömrü və fəaliyyəti boyu Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə fəxr etmiş, onun inkişafını öz siyasətinin aparıcı istiqamətinə çevirmişdi. Sənət xadimləri, teatr nümayəndələri Ulu öndərimizi hər zaman böyük hörmət və ehtiram hissi ilə xatırlayır və onunla olan çoxsaylı görüşlərini öz həyatlarının unudulmaz anları kimi dəyərləndirirlər".