Polşa klubu FİFA-ya şikayət edib


İdman 22 Mar 2018 12:52:00 273 0

Polşa klubu FİFA-ya şikayət edib

Polşanın "Lech" klubu Moskva "Dinamo"sundan FİFA-ya şikayət edib. Goal.az xəbər verir ki, şikayətin səbəbi 27 yaşlı yarımmüdafiəçi Abdul-Əziz Tette ilə bağlıdır. Qanalı havbek yanvarda "Dinamo"nun heyətinə qoşulsa da, meydana çıxmayıb. Poznan təmsilçisi qarşı tərəfin transferə görə 800 min avro ödəməsini tələb edir. Bu məbləğ bütün lazımi sənədlərin imzalanmasından sonra "Lech"in hesabına köçürülməli idi. Polyaklar pulun ödənilmədiyini iddia etsə də, "Dinamo" əksini bildirir.