Maşın 10 yaşlı uşağı vuraraq öldürdü


Digərləri 22 Mar 2018 12:33:00 281 0

Maşın 10 yaşlı uşağı vuraraq öldürdü

Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi "Mercedes" markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.