Sabunçuda qətl: butulka ilə vurduğu həmyerlisi bayram günü xəstəxanada öldü


Digərləri 22 Mar 2018 12:35:35 259 0

Sabunçuda qətl: butulka ilə vurduğu həmyerlisi bayram günü xəstəxanada öldü

Sabunçu qəsəbə sakini Tarıyel Həmzəyevi qətlə yetirməkdə şübhəli bilinən Emin Ramazanov saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə, T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.