Səlim Müslümov: "Prezident İlham Əliyevin islahatları qısa dövr ərzində ciddi iqtisadi inkişafa təkan verib" FOTO


Digərləri 22 Mar 2018 12:17:00 326 0

Səlim Müslümov: "Prezident İlham Əliyevin islahatları qısa dövr ərzində ciddi iqtisadi inkişafa təkan verib"  FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü islahatlar proqramı ölkə iqtisadiyyatının prioritet sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafı, neftdən asılı olmadan iqtisadi artımın təmin olunması istiqamətində qısa dövr ərzində mühüm irəliləyişlərə nail olunmasına imkan verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclası çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşündə deyib.

S.Müslümovun sözlərinə görə, Azərbaycan bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasındadır.


Xəbərə aid fotolar