"Seçicilərimiz sabitliyə səs verəcək"


Siyasət 22 Mar 2018 11:51:00 262 0

"Seçicilərimiz sabitliyə səs verəcək"

Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev son 15 il ərzində bir çox uğurlu işlərə imza atıb. Həmin uğurlu işlərdən biri kimi regionlarda sosial-iqtisadi inkişafı qeyd etmək olar.

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev deyib.

Sədrin sözlərinə görə, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək və artıq martın 19-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib: "Məhz bununla əlaqədar olaraq martın 21-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda izdihamlı görüş-mitinq keçirildi və bu yüksək səviyyədə də davam edir. Bölgərimizdə də bütün seçicilərimiz cənab İlham Əliyevin gördüyü işlərə, əmin-amanlığa, sabitliyə səs verəcəkdir".