Beynəlxalq Əmək Təşkilatının rəhbəri Azərbaycana səfərə gələcək


Digərləri 22 Mar 2018 11:45:04 208 0

Beynəlxalq Əmək Təşkilatının rəhbəri Azərbaycana səfərə gələcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder cari ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.

Bakı. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder cari ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclasında iştirak edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.