QDTİB: "Şimal-Cənub" Azərbaycan ərazisindən yükdaşımaların artımına böyük təsir göstərəcək


Digərləri 22 Mar 2018 11:05:31 198 0

QDTİB: "Şimal-Cənub" Azərbaycan ərazisindən yükdaşımaların artımına böyük təsir göstərəcək

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən yükdaşımaların artımına böyük təsir göstərəcək.

Bakı. Azad Həsənli - "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən yükdaşımaların artımına böyük təsir göstərəcək. Bunu Trend-ə Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) bildiriblər. QDTİB-dan bildiriblər ki, bank belə infrastruktur layihələrdə iştirak etməkdə maralıqıdr. Bankdan deyiblər: "Şimal-Cənub" QDTİB-nin bir neçə üzv ölkəsini əhatə edən regional təşəbbüsdür. Bu layihə Azərbaycan üçün yalnız tranzit ölkə kimi əhəmiyyət daşımır, həmçinin ölkəyə və ölkədən mal tədarüklərinin artımına böyük təsir göstərəcək". Bankdan onu da əlavə ediblər ki, QDTİB-ə Azərbaycanın iqtisadiyyatının inkişafına və regional əməkdaşlığa təsir göstərəcək istənilən layihə maraqlıdır. Bankdan qeyd ediblər: "Biz layihənin inkişaf prosesini izləyirik və həmmaliyyəçi qismində iştirak etməyə hazırıq". Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə ilkin mərhələdə ildə 6 milyon ton, daha sonra isə 15-20 milyon ton yük daşınması nəzərdə tutulur.