Ağcabədidə ev yanıb


Digərləri 22 Mar 2018 10:17:18 256 0

Ağcabədidə ev yanıb

Ağcabədi rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yuxarı Avşar kəndində ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb, yüksək temperaturdan evə bitişik ümumi sahəsi 300 m2 olan talvarın lambirdən ibarət hissəsi 40 m2 sahədə əriyib.

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.