Xabi Alonsoya 5 illik həbs cəzası istənilib


İdman 22 Mar 2018 09:43:00 254 0

Xabi Alonsoya 5 illik həbs cəzası istənilib

İspaniya millisinin sabiq futbolçusu Xabi Alonso vətənində vergidən yayınmaqda ittiham olunur. Goal.az xəbər verir ki, 36 yaşlı Alonso 2010-12-ci illərdə 2 milyon avronu vergi orqanlarına ödəməyib. Dövlət ittihamçısı vergi qanunvericiliyinin 3 maddəsini pozmaqda təqsirləndirilən ispana 5 il həbs cəzası və 4 milyon avro cərimə istəyib. Xabi Alonsonun məsləhətçilərinə də cəza kəsilə bilər.