Abşeronda 2 yaşlı körpəni avtomobil vurdu


Digərləri 22 Mar 2018 09:11:15 226 0

Abşeronda 2 yaşlı körpəni avtomobil vurdu

Abşeronda 2 yaşlı körpəni avtomobil vurub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.

2016-ci il təvəllüdlü Zeynallı Məhəmmədəli Xəlil oğlu oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.