Bakıda kişini avtomobil vuraraq öldürüb


Digərləri 22 Mar 2018 08:07:00 271 0

Bakıda kişini avtomobil vuraraq öldürüb

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.