Bakıda yeraltı piyadı keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb


Sosial 22 Mar 2018 07:14:00 276 0

Bakıda yeraltı piyadı keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Heydər Əliyev Prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.