Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb


Sosial 22 Mar 2018 06:02:00 250 0

Bakıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 ailənin 6 üzvü xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Südçülük sovxozu kimi tanınan ərazidə "VAZ 2106" markalı avtomobilin sürücüsü yol-nəqliyyat hərakatı qaydasını pozaraq geriyə dönmək istəyib. Həmin vaxt həmin yolla sürətlə hərəkət edən "BMW" markalı avtomobil geriyə dönmək istəyən nəqliyyat vasitəsinə çırpılıb. 

Nəticədə "VAZ 2106" aşıb. Onun içərisində bir ailənin üzvləri olan 1973-cü il təvəllüdlü Ağayev Etibar Cəlil oğlu, 1990-ci il təvəllüdlü Ağayev Ceyhun Cəlil oğlu, 1995-ci il təvəllüdlü Ağayeva Səbinə Səfa qızı, 2009-cu il təvəllüdlü Ağayev İslam Etibar oğlu, 2015-ci il təvəllüdlü Ağazadə Naz Ceyhun qızı və 9 yaşlı hələlik adı və soyadı məlum olmayan uşaq xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"BMW"nin sürücüsü 1983-cü il təvəllüdlü İbrahimov Ramin Əli oğlu bədənin müxtəlif nayihələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, Etibar Ağayevin vəziyyəti olduqca ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.