Bakıda orta yaşlı kişi mübahisə zəmnində bıçaqlanıb


Sosial 22 Mar 2018 04:34:37 245 0

Bakıda orta yaşlı kişi mübahisə zəmnində bıçaqlanıb

Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Nəsimi rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaqlanıb. 

"Report"un xəbərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.

1978-ci il təvəllüdlü Abbasov Seynur Arif oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava nəticəsində ona hələlik adı və soyadı məlum olmayan şəxs tərəfindən iki bıçaq zərbəsi vurulub. Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.