Günün qoroskopu: planları reallaşdırmaq mümkündür


Digərləri 22 Mar 2018 00:01:00 372 0

Günün qoroskopu: planları reallaşdırmaq mümkündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - fəaliyyət planını diqqətlə götür-qoy edin. Düşünülməmiş addımlar atmayın.

Təhlil və fikirləşmək üçün yetərincə vaxt olduğu halda səbrsiz davranmayın. Bütün niyyət və planları dərhal reallaşdırmaq xülyadır. Buna rəğmən, niyyətlərinizi unutmayın. Tələsməyin, planlarınız bir qədər sonra gerçəkləşə bilər.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizdən geri çəkilməyin, yolunuzu müdafiə edin.

Haqlı olduğunuzu yaxın ətrafınızdakı insanlar az sonra anlayacaqlar.

Buğa - planları reallaşdırmaq mümkündür. Amma bunun üçün əvvəlki dönəmlərlə müqayisədə daha çox səy göstərmək gərəkdir. Yolunuzda sədlər və maneələr yaranarsa, geri çəkilməyin. Ruhdan düşməyin, təslim olmayın. İdeyalarınızı dərhal olmasa da, həyata keçirmək mümkündür. İradəli və qətiyyətli insanlar sizi dəstəkləməyə hazırdır.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Ləngimə, təxirəsalma, xoşagəlməz hadisələr olacaq. Kiçik, amma çoxsaylı itkilər olacaq.

Axşam saatlarını ailədə keçirin.

Əkizlər - emosional fon stabil deyil. Səbrli və təmkinli olun, təxribatlara uymayın. Düşünülmüş qərarlar qəbul edin.

Peşəkar fəaliyyət müstəvisində yeniliklərə başlamaq üçün uğurlu zamandır. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, qarşınızda yeni imkanlar yaranır.

Anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma üçün əlverişli zamandır.

Sizi, gerçəkdən də, maraqlandıran işlərlə məşğul olun. Amma həddən ziyadə əmək sərf etdiyiniz sifariş və ya layihənin nəticəsi böyük olmaya bilər.

Axşam qəfil vizit olacaq.

Xərçəng - istənilən formatda işgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır. İlk dəfə gördüyünüz insanla ünsiyyətdə belə, dürüst tonu seçin. Belədə qarşılıqlı anlaşmaya nail olacaqsınız. Bəzi məsələlər yarımçıq qalsa da, əndişələnməyin. Yekun cavab əlverişli olacaq.

Gəlir istisna deyil.

Səfər, şəraitin dəyişməsi üçün münasib gündür. Harasa yollanmaq istəmirsinizsə, yaşam arealında yeniliklər edin.

Axşam saatları ailəvi tədbir, dostlarla istirahət üçün yaxşıdır.

Şir - əvvəllər yol verdiyiniz yanlışlıq və ya buraxdığınız səhvin fəsadlarının aradan qaldırılması imkanı yaranıb. Daha əlverişli və maraqlı yaşam mərhələsinə hazır olun.

Həmfikir, müttəfiq, tərəfdaş axtarışları üçün yaxşı gündür. Yalnız işgüzar maraqlarınız yox, həyata baxışlarınızda da dəyişikliklər ola bilər.

Peşəkar fəaliyyət perspektivlərinizə təsir edən insanla fikir ayrılıqlarını aradan qaldırın.

Faydalı məlumatın alınması, tanıdığınız insanla bağlı yeni bilgilərin əldə edilməsi mümkündür. Gələcəklə bağlı yeni ambisioz planlar var. Axşam saatlarında normal istirahət edin.

Qız - maddi durumunuz və rifahınızın qayğısına qalın. Çoxdankı arzularınızdan birini reallaşdırın. Qəfil təklif ala bilərsiniz. Əvvəlcə şübhəli olacaq, təklif qəbul edib-etməmək barədə düşünəcəksiniz. Lakin sonradan "hə" deyəcəksiniz və bu, dürüst qərar olacaq.

Yeni tərəfdaşlarla əməkdaşlığa başlayaraq gəlirləri artırmaq olar.