İşsiz adamın övladlarının milyonluq təhsil xərcləri VİDEO


Siyasət 21 Mar 2018 20:45:00 271 0

İşsiz adamın övladlarının milyonluq təhsil xərcləri  VİDEO

Siyasi fəaliyyətlərini qarayaxma, böhtan və inkarçılıq üzərində quran radikal müxalifətin əsl mahiyyəti açıldıqca cəmiyyət bu ünsürləri daha yaxından tanıyır. Son.az bildirir ki, özlərini dırnaqarası demokrat adlandıran və təhqiri siyasi həyatlarının bir elementinə çevirən partiya sədrlərinin real faktlar qarşısında arqumentsiz fikirlər söyləmələri onları gülüş hədəfinə çevirir. AXCP sədri Əli Kərimlinin bu yaxınlarda sosial şəbəkələrdə oğlu Türkel Kərimlinin Londondakı eyş-işrət məclisləri ilə bağlı yayılan görüntülər və böyük maliyyə tutumu olan təhsili ilə əlaqədar fikirlərə münasibəti bir çox mətləblərə aydınlıq gətirib.

Əli Kərimli sponsor dəstəkli videomaterialda oglu Türkel Kərimlinin biabırçı görüntülərinə, eləcə də onun hansı vəsait hesabına Londonda təhsil alması məsələsinə dırnaqarası aydınlıq gətirib. AXCP Sədri oglunun eyş-işrət məclisində ekstaz vəziyyətində olan fotolarını inkar etmir, bunu ziyafətlərin birində tələbə yoldaşları ilə çəkildiyini bildirir. Utanmadan oğlu ilə fəxr etdiyini və onunla məclisdə olan tələbə yoldaşlarının isə Böyük Britaniyada nazir postlarını tutmağa layiq olduqlarını belə dilə gətirir. Görüntülərə baxdıqca Türkelin içki məclisindəki şəxslərin İngiltərənin nazirləri ilə hansı parametrlərlə müqayisə edildiyini düşündükcə gülünc mənzərə ortaya çıxır.

Ə.Kərimli açıqlamasında oğlunun təhsil alması üçün vaxtilə aldığı evlərdən birini satdığını, eləcə də Milli Məclisdə 10 il deputat olmasını əsas gətirir. Əcaba, bu arqumentlər dünyanın ən bahalı şəhəri olan Londonda təhsil almağa yetərlidirmi. Üstəlik, Kərimlinin ailəsinin Bakıda heç də kasıb yaşamadığı məlumdur. Özəl sürücü, cangüdən, qulluqçunun saxlanması xərclərinin də bura əlavə etsək böyük maliyyə vəsaiti tələb olunur.

Xatırladaq ki, Kərimlinin oğlunun təhsil aldığı Bristol Universitetinin hüquq fakültəsində 1 illik təhsil haqqı 30 min funt sterlinqdən artıqdır. Yəni, bu 5 ilə 150 min funt sterlinq deməkdir. Manata çevirsək nə az, nə çox 350 min manatdan artıq edir. Bu, Əli Kərimlinin övladlarından təkcə birinin Londondakı xərcləridir. Onun iki övladının Bakıdakı təhsil haqlarını və Britaniyadakı xərclərini hesablasaq bu xərclər 1 milyon manatı keçir.

AXCP sədrinin dəbdəbəli həyat şəraiti və övladlarını mənbəyi məlum olmayan dairələrdən əldə etdiyi vəsaitlər hesabına Londonda oxutmasına partiya üzvlərinin münasibəti də maraqlıdır. Bir müddət əvvəl AXCP üzvü Paşa Umudov Rusiyaya gedərkən aerportda öz liderinin-Əli Kərimlinin London reysini gözləyən ailə üzvləri ilə rastlaşaraq onların fotolarını yaymışdı. Paşa Umudov Əli Kərimlinin ailə üzvlərinin Londonda maliyyə oliqarxları kimi yaşadığına əmin olaraq konkret faktları mətbuata çıxarmışdı.

Paşa Umudov: "Əli Kərimlinin hər iki övladı 11 il Bakı Oksford məktəbində (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar. Beləliklə, hər iki uşağa təkcə Bakıda 242 min manat vəsait xərclənib. Londonda ortabab ali təhsilin bir ili 15 min funt sterlinqdən aşağı deyil. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 (1400 manat) funt sterlinqdir. Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, dələduz Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt sterlinqdən (600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt sterlinq) 2 bəlkə də 3 əmsalına vurmağımız tamamilə ədalətli olardı".

Bu mənzərə özünü ana müxalifət sayan və fəaliyyətini yalnız qaragürüh üzərində quran Əli Kərimlinin sərf etdiyi vəsaitin hesabıdır. Heç bir yerdə işləməyən və digər müxalif partiya sədrlərindən fərqli olaraq sosial şəbəkələrdə sponsor dəstəkli videoroliklər tirajlayan AXCP sədri bu qədər pulları haradan alır? Düşünməyə dəyər. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: