Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn film Türkiyədə


Digərləri 21 Mar 2018 19:29:00 218 0

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn film Türkiyədə

Bu il martın 17-də Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı Filmmor Beynəlxalq Qadın Filmləri Festivalında düşmən Ermənistanın yeni bir təxribatının qarşısı alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, belə ki, sözügedən tarixdə İstanbul Fransız Mərkəzində nümayişi nəzərdə tutulan və düşmən ölkənin istehsalı olan "Yeva" adlı filmin nümayişinə qadağa qoyulub.

Qeyd edilməlidir ki, İstanbul Baş Konsulluğumuzun apardığı araşdırmalardan məlum olub ki, sözügedən film ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib və separatizmi dəstəkləyir.

Türkiyədəki Baş Konsulluğumuz tərəfindən İstanbul Valiliyinə təqdim olunan faktlar əsasında şəhər Valiliyi və Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən İstanbul Fransız Mərkəzinə müraciət olunub və yazılı qadağa əmri təqdim edilib.