Kasilyas MLS və ya BƏƏ klubuna keçə bilər


İdman 21 Mar 2018 18:42:00 310 0

Kasilyas MLS və ya BƏƏ klubuna keçə bilər

"Porto" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İker Kasilyasa MLS və Birləşmiş Ərəb Əmirliklərindən maraq var. Goal.az xəbər verir ki, təcrübəli qapıçı BƏƏ-nin "Al-Nasr" klubunun radarına düşüb. Bu komanda 36 yaşlı futbolçuya illik 2,5 milyon avro maaş ödəməyə hazırdır. Bunun üçün Kasilyasa təklif göndərilib.İspaniyalı qolkiper bu təklifə müsbət yanaşır. Kasilyasla İngiltərənin "Newcastle" klubu da maraqlanır. Rafael Benites təcrübəli oyunçunu sərəncamında görməyi arzu edir.

2015-ci ildə Madrid "Real"ın "Porto"ya keçən Kasilyas bu mövsüm bu mövsümkomandan;n heyətində 24 oyun keçirib. İspaniya millisinin üzvü 14 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb.