Rusiyanın "Metrovaqonmaş" şirkəti 5 vaqondan ibarət ilk metro qatarını Bakıya yola salıb


Digərləri 21 Mar 2018 18:32:00 278 0

Rusiyanın "Metrovaqonmaş" şirkəti 5 vaqondan ibarət ilk metro qatarını Bakıya yola salıb

Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət ilk metro qatarını yola salıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.

Rusiyanın "Metrovaqonmaş" şirkətinin Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satmasını nəzərdə tutan müqavilə 16 fevral 2018-ci ildə imzalanıb.