Almaniyada niqablı qadınların avtomobil sürməsi qadağan edilib


Dünya 21 Mar 2018 18:37:00 282 0

Almaniyada niqablı qadınların avtomobil sürməsi qadağan edilib

Almaniyada sükan arxasında olan şəxslərin üzlərini bağlayan baş geyimlərində olması qadağan edilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi bir müsəlman qadının müraciətinə cavab olaraq bu gün həmin qaydanı təsdiq edib.

Məhkəməyə müraciət etmiş qadının fikrincə, bu qadağa onun dini etiqad azadlığını pozur. Həmin qadın bildirib ki, artıq 7 ildir niqab örtür və sifəti bağlayan bu cür baş geyimlərinin qadağan edilməsi səbəbindən sürücülük məktəbini bitirə bilməyib. Kənd yerində tək ana kimi yaşayan bu qadının fikrincə, onun sürücülük vəsiqəsinin olması zəruridir, lakin eyni zamanda, sükan arxasında niqabdan imtina edə bilməz.