Kosova parlamentində gözyaşardıcı qaz püskürdülüb


Dünya 21 Mar 2018 17:40:00 219 0

Kosova parlamentində gözyaşardıcı qaz püskürdülüb

Bu gün Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qaz püskürdüblər.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kosova Televiziyası məlumat yayıb.

Müxalif deputatların məqsədi 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmaq olub. Nəticədə deputatlar iclas zalını tərk edib, gözyaşardıcı qazın təsirinin azalmasını gözləməli olublar.