Yaap Stam işsiz qaldı


İdman 21 Mar 2018 16:50:00 274 0

Yaap Stam işsiz qaldı

"Manchester United" və Hollandiya millisinin sabiq müdafiəçisi Yaap Stam işsiz qalıb. Goal.az xəbər verir ki, 45 yaşlı mütəxəsis "Reading"in baş məşqçisi postundan istefaya göndərilib. Stam Championship klubunda 2016-cı ildən bəri çalışırdı. Onun müqaviləsi 2019-cu ildə başa çatmalı idi. İstefanın səbəbi komandanın uğursuz nəticələri ilə bağlı idi. "Reading" Stamın baş məşqçi kimi işlədiyi ilk klubdur. O, daha öncə "Ajax" və "Zwolle"nin məşqçilər korpusunda çalışmışdı.