Gerasimov və Skaparotti görüşəcəklər


Dünya 21 Mar 2018 16:37:00 233 0

Gerasimov və Skaparotti görüşəcəklər

Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının təşəbbüsü ilə baş tutub. K. Skaparotti V. Gerasimova görüş keçirməyi təklif edib. V. Gerasimov görüş keçirilməsi barədə təklifi dəstəkləyib.

Rusiya Müdafiə Nazirliyi V. Gerasimov və K. Skaparotti arasında görüşün konkret nə zaman və harada keçirilməsi barədə razılığa gəlindiyini açıqlamayıb.