Malkom: "Bordeaux"nu tərk etmək vaxtı yetişib"


İdman 21 Mar 2018 16:32:00 253 0

Malkom: "Bordeaux"nu tərk etmək vaxtı yetişib"

"Bordeaux"nun yarımmüdafiəçisi Malkom "Bayern Munchen" və bir neçə ingilis klubunun maraq dairəsindədir. Goal.az xəbər verir ki, braziliyalı havbek "jirondistlər"lə yollarını ayırmağın əleyihən olmadığını qeyd edib.

"Bavariya" dünyanın ən böyük klublarından biridir. Orda oynamaq arzunun reallaşması deməkdir. Mənim namizədliyimi nəzərdən keçirmələri xoşdur. Oyunumda artırmaq üçün səylə çalışmağa davam edəcəm. Kim bilir, bəlkə, Münhen klubuna transferim tezliklə baş tutacaq. "Bordeaux"nu tərk etmək vaxtı yetişib. Bu kluba çox minnətdaram. Mənə yeni sınaq lazımdır, hədəflərim çoxdur.

Premyer Liqada oynamaq da maraqlı variantdır. İngilis dilini sürətlə öyrəndim, problemlə üzləşmədim. Fransız dilini daha çətin öyrənmişdim. İngiltərəyə daha tez adaptasiya olunacağımı düşünürəm".