Avtomobil piyadanı vurub


Digərləri 21 Mar 2018 16:04:00 215 0

Avtomobil piyadanı vurub

Sumqayıtda 49 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Nahid Arif Oğlu Baxışov H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum avtomobil tərəfindən vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.